İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu əmanətçilərə kompensasiya ödəmək üçün Mərkəzi Banka müraciət edəcək

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Mərkəzi Banka müraciət edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ƏSF-in icraçı direktoru Azad Cavadov iyulun 22-də keçirdiyi mətbuat konfransında deyib.

"Bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 milyon 956 min manat təşkil edir. Hazırda fondun 26 milyon manat vəsaiti var. Əmanətlərin Sığortalanması Fondu bağlanan banklarda əmanətçilərə kompensasiya ödəmək üçün100 milyon manat borclanmaya gedəcək və bu vəsait üçün Mərkəzi Banka müraciət edəcək", - deyə A.Cavadov qeyd edib.

İcraçı direktor deyib ki, banklarda əmanətlərin təqribən 80 faizi xarici valyutada, 20 faizi milli valyutadadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.