İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

AZƏRTAC fonda istinadla xəbər verir ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə "Zaminbank" ASC, 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC, 2-1 (81)-3618/2016 saylı qərarı ilə "Parabank" ASC və 2-1(81)-3617/2016 saylı qərarı ilə "Dekabank" ASC məcburi ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu bu il iyulun 25-dən bu bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş banklar qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

"Ləğv prosesində olan banklara borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir", - deyə məlumatda qeyd edilir.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Bülbül prospekti 40, əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93, qaynar xətt: 941.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.