MƏDƏNİYYƏT


“Amburan Mall”da “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutub

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Bilgəh qəsəbəsində yerləşən “Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində müasir premium kinoteatr “CinemaPlus” Amburanın təntənəli açılışı keçirilib.

“CinemaPlus” kinoteatrlar şəbəkəsindən AZƏRTAC-a bildirilib ki, şou biznes ulduzları, jurnalistlər, bloqqerlər, sahibkarlar və iri şirkətlərin rəhbərləri açıq səma altında keçirilmiş möhtəşəm açılış mərasiminin qonağı olublar.

Tədbirdə iştirak edən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və “Amburan Mall” ticarət mərkəzinin baş meneceri Rəcəb Babayev qonaqları salamlayıb və kinoteatrın açılışı münasibətilə hər kəsi təbrik ediblər.

“CinemaPlus” “Amburan Mall”da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolarla təchiz olunub. Bundan başqa “CinemaPlus” “Amburan Mall” kinoteatrında Master İmage 3D texnologiyası tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.