DÜNYA


Əmək miqrantları hər il vətənlərinə 445 milyard dollar göndərirlər

Vyana, 15 iyun, AZƏRTAC

Beynəlxalq Aqrar İnkişafı Fondunun apardığı araşdırmalara görə, dünyanın inkişaf etmiş ölkələrində yaşayan əmək miqrantları hər il öz vətənlərinə ümumilikdə 445 milyard dollar məbləğində vəsait köçürürlər.

İnkişaf etmiş ölkələrə üz tutan 200 milyon əmək miqrantının ailələrinə göndərdikləri pul vəsaiti sayəsində yoxsul ölkələrdə milyonlarla insanların güzəranı təmin olunur.

Asiya, Latın Amerikası və Afrika ölkələrinə köçürülən vəsaitlərin böyük hissəsi - 117 milyard dolları ABŞ-ın, 115 milyard dolları Avropa ölkələrinin, təxminən 100 milyard dolları isə Fars körfəzi ölkələrinin payına düşür.

Əmək miqrantlarının öz ölkələrinə etdikləri pul köçürmələrinin ümumi həcmi işlədikləri ölkələrin iqtisadi gücünün bir faizindən azını təşkil edir. Orta hesabla hər bir əmək miqrantı ay ərzində ailəsinə 200 dollar vəsait göndərir ki, bu da ailə büdcəsinin təxminən 60 faizini təşkil edir.

Son on ildə əmək miqrantlarının öz ölkələrinə pul transferlərinin həcmi 50 faiz artıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.