CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 50 əlili Quba rayonundakı istirahət mərkəzinə göndərib

Bakı, 10 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin istirahətinin təşkilini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu təbəqədən olan daha 50 nəfər xüsusi nəqliyyat vasitəsi ilə Quba rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Yaz-yay mövsümü başlanandan bəri artıq 965 nəfərin istirahətinin təşkil edilməsi təmin olunub. Onların 400 nəfəri Xaçmaz, 365 nəfəri Lənkəran, qalan hissəsi isə Quba rayonunda yerləşən istirahət mərkəzlərinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.