CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14,3 min nəfər şəxs sosial xidmət sistemi ilə əhatə olunur

Bakı, 20 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırda 14,3 min nəfər şəxs səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, onlardan 1089-u ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində daimi dövlət təminatında yaşayanlardır. Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı sosial xidmət müəssisələrində yaşayanların da hərtərəfli təminatının güclənməsinə, bu müəssisələrdə müasir tələblərə uyğun şəraitin yaradılmasına imkan verib. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Sosial xidmətlərlə təmin olunanlardan 11 min 209 nəfər tənha ahıl və əlilliyi olan şəxsə isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının sosial işçiləri tərəfindən səyyar formada olmaqla evlərində sosial-məişət xidməti göstərilir. Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, yemək hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət göstərirlər.

Qeyd olunanlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşaqlardan ibarət 2 mindən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Nazirlik tərəfindən müəyyən edilmiş prioritet istiqamətlərdə həyata keçirilən bu layihələr əsasında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə müvafiq işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.