Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 9 ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 9 ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) cari ilin 9 ayı ərzində ölkədə əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin və nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına, habelə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, ölkəmizin dinamik inkişafının 2014-cü ilin 9 ayında da uğurla davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdırıb. Nazir Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğının hesabat dövründə ƏƏSMN-in fəaliyyət sahələrində yeni uğurlu addımların atılmasına şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, Prezident tərəfindən ötən ilin dekabr ayı və cari ilin ötən dövründə yalnız sosial cəhətdən həssas qruplarla bağlı 10-dan artıq fərman və sərəncam imzalanıb. Bu sənədlər və dövlət başçısının müvafiq tapşırıqları həssas qruplara dövlət qayğısının xeyli artmasına, nazirliyin fəaliyyətinin şəffaflıq prinsipi və müasir yanaşmalar əsasında təkmilləşməsi üçün zəruri islahatların həyata keçirilməsinə imkan yaradıb.

Həmin fərman və sərəncamların uğurlu nəticələrindən bəhs edən S.Müslümov bildirib ki, hesabat dövründə müharibə əlilləri və onlara bərabər tutulanlara Prezident təqaüdünün orta aylıq məbləği 50 faizə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezident təqaüdünün aylıq məbləği 81,8 faiz, əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6 faiz artırılıb.

Cari ilin ötən dövründə sosial təminat sistemində iki yeni təqaüd, bir yeni sosial müavinət növünün tətbiqinə başlanıb. Belə ki, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. Bununla da onlara hər ay ödənilən vəsait yaşayış minimumunu üstələyib. Həmçinin İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə cari ilin əvvəlindən Prezident təqaüdünün, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanıb. Eyni zamanda, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə qərar verilib. 11 avqust 2014-cü il tarixli Fərmanla isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə gələn ilin əvvəlindən ayda 200 manat məbləğində Prezident təqaüdləri təyin olunacaq.

Nazir hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan, Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 1453 nəfərin avtomobillə təmin olunduğunu bildirib. Son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu ilin sonuna kimi ayrı-ayrı bölgələrdə də yeni yaşayış binaları istifadəyə verilməklə, daha 198 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil veriləcək. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.

S.Müslümov son 9 ayda qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6 min 420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanmasının, 418 min 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, əmək qanunvericiliyinin pozulması hallarına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 41,1 faizi, yəni 1 milyon 411 min 600 manat dövlət büdcəsinə ödənilib və bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur.

Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanması Azərbaycanın bir çox ölkələr üçün nümunəyə çevrilən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən uğurlu təcrübəsidir. Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib. EİS-ə daxil edilməli olan əmək müqaviləsi bildirişlərinin böyük əksəriyyətinin artıq sistemdə yerləşdirilməsi aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının uğurlu nəticəsi sayıla bilər. Qalan az sayda əmək müqaviləsi bildirişlərinin də qısa vaxtda sistemə daxil edilməsi üçün nəzarət tədbirləri gücləndirilməlidir.

S.Müslümov əlilliyi olan şəxslərin tam reabilitasiyası göstəricisinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisinin 0,8 faizdən 2,6 faizə yüksəldiyini, təkrar əlillik müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayının ümumən 5 251 nəfər azaldığını, nazirliyin bərpa-müalicə müəssisələrində 5 882 nəfərə bərpa-müalicə xidməti göstərildiyini, əlilliyi olan şəxslərin 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunduğunu bildirib. Qeyd edib ki, əlilliyin müəyyən olunması ilə bağlı aidiyyəti təşkilatlar arasında elektron məlumat mübadiləsinə imkan verən elektron informasiya sistemi hazırlanıb.

Nazir əhalinin rifah halının yüksəldilməsi, yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan işlər nəticəsində ünvanlı yardım alan ailələrin sayının 17,1 faiz azaldığını diqqətə çatdırıb. : S.Müslümov hesabat dövründə daha 30 yeni peşə standartının layihəsinin hazırlandığını, məşğulluq orqanlarının 22 min 700 nəfəri münasib işlərlə təmin etdiyini, 2 min 982 nəfər işsiz və işaxtaran vətəndaşın peşə kurslarına cəlb olunduğunu qeyd edib. Nazir hesabat dövründə aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi xidmət sahələri üzrə nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin dəfələrlə azaldığını vurğulayıb.

Kollegiya iclasında ƏƏSMN-nin ayrı-ayrı struktur bölmələri tərəfindən hesabat məruzələri dinlənilib. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, yol verilən nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələrin də müzakirə edildiyi iclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Türkiyədə “Şəhid ailələri Qafqaz İslam Ordusunun izində” adlı layihəyə start verilib

“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb

Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib VİDEO

Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

Mingəçevirdə ekoloji təhlükəsizlik qaydalarını pozan şəxslər müəyyən olunublar

“Azərtütün” tərəfindən indiyədək şimal-qərb rayonlarında 138,7 hektar sahədə tütün əkilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 2024-cü ilin yanvar-mart aylarının yekununa dair məlumat açıqlanıb

Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

İspaniyada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib

“Pensiya kalkulyatoru” e-xidmətinə 2,9 milyondan çox müraciət olub

Bu il 1 ton 787 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kamran İmanov: Azərbaycan xalqının atalar sözlərini ermənilər öz nümunələri kimi təqdim edirlər

Kolumbiya hökuməti və üsyançı qrup arasında danışıqların yeni mərhələsi keçiriləcək

Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

Agentlik sədri: Ermənilər Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar

ADPU-nun “Robotex Türkiyə”də iştirak edən 3 komandasının hər biri qalib olub

Kamran İmanov: Agentlik UNESCO-nun Nizamnaməsinə uyğun olan vəzifələrini Azərbaycana münasibətdə yerinə yetirməsini tələb edir

Birinci rübdə elektrik enerji istehsalı 7 milyard kilovat-saatdan çox olub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNƏCƏK

“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı

Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Xəzər Sağlamlıq Mərkəzində tibbi aksiya keçirəcək

Goranboyda zəlzələ olub

“AzerGold”un birinci rübdə pərakəndə satış gəliri 8 faiz artıb

Laos telekommunikasiya fırıldaqçılığında şübhəli bilinən 250 çinlini ekstradisiya edib

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər

Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb