Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə görüş olub

Bakı, 1 iyun, AZƏRTAC

BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin icrası, o cümlədən yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli irəliləyişlərə nail olan Azərbaycan bu mötəbər qurumun 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində də konkret fəaliyyət istiqamətləri üzrə məqsədyönlü iş aparır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev nazirlikdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə keçirilən görüşdə bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, BMT-nin aparıcı mütəxəssislərindən və texniki eskpertlərdən ibarət missiyanın ölkəmizə səfərində məqsəd milli prioritetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasında və bu Məqsədlərin icrası üçün milli çərçivənin işlənməsində institisional dəstəyin göstərilməsidir.

İ.İsayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafa, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Proqramının əsas hədəflərinə nail olunması sahəsində mühüm addımların atılmasına imkan yaratdığını vurğulayıb: “Son 13 ildə 3,4 dəfə iqtisadi artımın əldə edildiyi, qeyri-neft sektorunun ÜDM-də payının 70 faiz səviyyəsinə çatdığı ölkədə iqtisadi şaxələndirmə, regional inkişafın təmin olunması 1,6 milyon iş yerinin yaradılması, işsizlik səviyyəsinin 5 faizə düşməsi ilə nəticələnib. Müvafiq dövlət proqramları nəticəsində yoxsulluğun minimum səviyyəyə - 5 faizə enməsinə, Azərbaycanın yüksək orta gəlirli ölkələr sırasında yer tutmasına nail olunub. Qeyd olunan dövrdə ölkə əhalisinin gəlirləri də 7,9 dəfə və cari ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artıb. Şəffaf və əlverişli biznes mühiti təkcə ötən il milli iqtisadiyyata 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycan, həmçinin BMT-nin İnkişaf Proqramının həyat səviyyəsi, savadlılıq, təhsillilik, uzun və sağlam ömür meyarlarına əsaslanan “İnsan İnkişafı Hesabatı”nda insan inkişafı indeksinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq, yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub”.

Nazir müavini bildirib ki, ümumilikdə ölkəmizdə sosial-iqtisadi inkişafın bütün istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələr Dayanıqlı İnkişaf Proqramından irəli gələn məsələlərin milli səviyyədə uğurla həyata keçirildiyini təsdiq edir: “2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində 17 Məqsəd əksini tapır ki, onlardan 4-ü birbaşa sosial sahəyə aid olmaqla yoxsulluğun bütün formalarına son qoyulmasını, gender bərabərliyinə nail olunmasını, davamlı, inklüziv və dayanıqlı iqtisadi inkişafın, tam və səmərəli məşğulluğun və hamı üçün layiqli iş imkanlarının təşviq edilməsini və s. nəzərdə tutur. Bu istiqamətlərin hər biri üzrə Azərbaycanda beynəlxalq qurumlarla, o cümlədən BMT-nin aidiyyəti təşkilatları ilə əməkdaşlıq şəraitində daim təkmilləşdirilən fəal və məqsədyönlü iş mexanizmləri mövcuddur”.

İ.İsayev ölkəmizdə sosial cəhətdən həssas qrupların dayanıqlı sosial müdafiə sistemi ilə əhatə olunduqlarını qeyd edib. O, son illərdə əmək və sosial müdafiə sahələrinin qabaqcıl texnologiyaların tətbiqi nəticəsində müasirləşdirildiyini, şəffaflaşdırılması sahəsində aparılan islahatları, bu sahələrdə xidmətlərin elektron müstəvidə tam şəffaflaşdırılaraq müvafiq qruplardan olan insanlar üçün əlçatanlığının təmin edildiyini diqqətə çatdırıb. Nazir müavini, eyni zamanda ölkədə icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edib, özünüməşğulluq proqramı vasitəsilə işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan təsərrüfatlarının qurulmasının və ailə biznesinə çıxışının aktivlərlə təminat formasında dəstəkləndiyini bildirib: “BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkəmiz bu məqsədlərin icrası sahəsində qarşıdakı dövrdə də mühüm nəticələrə nail olmaq əzmindədir. Möhtərəm dövlət başçısının müvafiq Fərmanı ilə ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb ki, bu Şura tərəfindən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki öhdəliklər üzrə dayanıqlı, şaxələndirilmiş iqtisadiyyatın tərəqqisi, sosial sahələrin tarazlı inkişafı yönündə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi yönündə fəal iş aparılır”.

BMT missiyasının rəhbəri Ben Sley Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrasında ölkəmizin uğurlu iş təcrübəsinin olduğunu qeyd edib. Missiya üzvləri Azərbaycanda Dayanıqlı İnkişaf Proqramının prioritetləri üzrə aparılan sosial-iqtisadi siyasətin uğurlu nəticələrə hesablandığını vurğulayıb, bu sahədə daim dəstək vermək məramında olduqlarını diqqətə çatdırıblar.

Görüşdə Azərbaycanda sosial-iqtisadi sahədə milli prioritetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, bu Məqsədlərin icrası üçün milli çərçivənin işlənməsi ilə bağlı müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir