Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNICEF-lə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNICEF-lə əməkdaşlığın gələcək istiqamətləri nəzərdən keçirilib

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNICEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə tanışlıq görüşü olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dövlət uşaq siyasətinin daim inkişaf etdirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun uşaqların müdafiəsinin gücləndirilməsinə, habelə onların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasına da şərait yaratdığını bildirib. Hazırda ölkəmizdə sosial təminat növlərindən bir qisminin məhz uşaqlara yönəldiyini qeyd edən S.Müslümov ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət ödənilən ailələrdəki ailə üzvlərinin də böyük əksəriyyətinin uşaqlar olduğunu diqqətə çatdırıb.

Nazir ölkəmizdə uşaqların sosial müdafiəsi sahəsində aparılan işlərdə UNICEF-lə əməkdaşlığın önəmini vurğulayıb: “Bu əməkdaşlıq “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlarla bağlı sosial reabilitasiya sisteminin təkmilləşdirilməsində öz töhfələrini verib”. S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNICEF arasında 2014-2015-ci illərdə icra olunan birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb: “Həmin sənədə uyğun olaraq, “Uşaq qayğı sistemində islahatlar” üzrə Tədbirlər Planı uğurla icra edilib. Eləcə də uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması üçün mühüm işlər görülüb. Sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi sahəsində görülən işlər də əməkdaşlıq təcrübəsinin uğurlu davamı olub”.

S.Müslümov nazirliyin sosial sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan baxımsız uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunması məqsədilə icra olunan layihələri qeyd edib: “Həmin sifarişlər üzrə qeyri-hökumət təşkilatı tərəfindən 2013-cü ildə 15 prioritet istiqamət üzrə 30 layihə həyata keçirilibsə, 2014-cü ildə 23 prioritet istiqamət üzrə 32 və 2015-ci ildə 24 prioritet istiqamət üzrə 33 layihə icra edilib”.

Nazir bildirib ki, bu layihələrin icrası və monitorinqinin təmin edilməsində də UNICEF-lə sıx əməkdaşlıq həyata keçirilir: “Eyni zamanda əhalinin sosial xidmətlərə olan ehtiyacının müəyyən edilməsi, mövcud sosial xidmətlərin qiymətləndirilməsi və resursların planlaşdırılması məqsədilə nazirliyin dəstəyi ilə və UNICEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən 2013-cü ilin noyabr ayından etibarən “Sosial xəritələşmə” layihəsinin icrasına başlanılıb. Bu layihə risk qrupunda olan şəxslərin sosial xidmətlərə olan tələbatının öyrənilməsində və buna uyğun olaraq sosial xidmət sahəsində prioritetlərin müəyyən edilməsində mühüm rola malikdir”.

Cari ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramının qəbul olunduğunu qeyd edən S.Müslümov diqqətə çatdırıb ki, həmin proqram çərçivəsində bu ilin may ayında “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb: “Ümumilikdə Proqramın məqsədi uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların keyfiyyətli və bərabər müdafiəsi, onların təhsil və səhiyyə, qidalanma xidmətlərindən istifadə imkanlarının genişləndirilməsidir. Həmçinin uşaqlara qarşı zorakılıq, sui-istifadə və etinasızlıq hallarına səbəb olan sistematik maneələrin müəyyən edilməsi, onların sosial müdafiə xidmətlərindən daha geniş istifadə imkanlarının təmin edilməsi, qayğıkeş ailə mühitindən bəhrələnmək hüquqlarının dəstəklənməsi Proqramda əsas hədəflər kimi yer alıb”.

S.Müslümov qarşıdakı dövrdə də UNICEF-lə müvafiq fəaliyyət sahələrində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

E.Karvardin Azərbaycanda uşaqların müdafiəsi, onların fiziki və mənəvi inkişafı, habelə onların sosial təminatla, o cümlədən sosial xidmətlərlə əhatə edilməsi sahəsində aparılan işlərin UNICEF tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb. Ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNICEF arasında səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən E.Karvardin ölkəmizdə fəaliyyət göstərəcəyi dövrdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.

Görüşdə UNICEF-lə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, uşaqlara yönələn sosial xidmətlər sisteminin təkmiləşdirilməsi istiqamətində görülən işlər və onların nəticələri, bu sahədə əsas hədəflər müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Yaşıl dünyamız gözlərə nur verən elmin işığında

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub