Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup əlilliyi olan şəxslə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup əlilliyi olan şəxslə görüş olub

Bakı, 6 fevral, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bir qrup əlilliyi olan şəxslə görüş keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha səmərəli təşkili və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı onların müraciətlərinin, rəy və təkliflərinin dinlənilməsi olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Mayis Əliyev, Şuranın sədr müavini, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də görüşdə iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində əsas istiqamətlərdən olduğunu vurğulayıb. O bildirib ki, qeyd olunan Konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin hesabatı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib. Konvensiyanın prinsipləri əsasında ölkəmizdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanıb, geniş ictimai müzakirələrlə təkmilləşdirilib.

Nazir əlilliyi olan insanların müraciətlərində ifadə olunan məsələlərə münasibət bildirərkən qeyd edib ki, bu gün Azərbaycanın sosial təminat sistemi ilə əhatə olunan əhalinin mühüm bir hissəsi, o cümlədən Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 71 faizi, əmək pensiyası alanların 29 faizi əlilliyi olan şəxslərdir. Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği iki dəfədən çox artırılıb. Eləcə də I qrup əlilliyi olan şəxslərdən aylıq sosial müavinət alanlara Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 17 mart tarixli Fərmanı ilə ayda 66 manat məbləğində Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir.

Nazir vurğulayıb ki, “Əmək pensiyaları” haqqında Qanunla I qrup əlilliyi olan şəxslərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə də ödənilir: “Həmçinin I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, ahıla (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü qulluq edənin əmək pensiyası almaq hüququ verən sığorta stajına daxil edilir. Hazırda I qrup əlilliyi olan şəxslərə qulluq edən şəxslərin pensiyasına bu məqsədlə əlavələr edilməsi üçün il ərzində 6,1 milyon manat ayrılır.

Respublika üzrə bütün növ əlilliyi olan şəxslər haqqında vahid məlumat bazasının yaradılması məsələsi ilə əlaqədar nazir diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemində (TSERAS) əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu qiymətləndirilmiş bütün şəxslər barədə əhatəli məlumatlar yerləşdirilir: “Eyni zamanda, vətəndaşlar “Elektron hökumət” portalında şəxsi kabinet yaratmaqla nazirliyin təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə TSERAS-da özlərinə dair uçotu aparılan məlumatları elektron arayış formasında əldə etmək imkanlarına malikdirlər. Həmçinin nazirliyin “Çağrı mərkəzi”nə zəng etməklə əlilliyin sonuncu qiymətləndirməsinin nəticəsinə dair interaktiv rejimdə məlumat ala bilirlər. Eyni zamanda, sistemdəki məlumatlar əsasında 3 ay ərzində bütün növ əlilliyi olan şəxslərlə bağlı vahid reyestrin yaradılması təmin ediləcək”.

S.Müslümov diqqətə çatdırıb ki, nazirlik tərəfindən indiyədək 5520 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub, onlardan 4,1 min nəfərdən çoxu müharibə əlilləri və gözdən əlillərdir: “Ümumi səbəbdən əlilliyi olan şəxslərin, ilk növbədə, kimsəsiz I və II qrup əlilliyi olan şəxslərin mənzil təminatı məsələlərinin həlli üçün hansı istiqamətdə işlərin görülməsi ilə bağlı müzakirələr də aparılır”. Nazir bildirib ki, Vergi Məcəlləsində I və II qrup əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün bir sıra güzəştlər nəzərdə tutulub: “Bu güzəştlərdən biri kimi, həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan orta aylıq gəliri 200 manat məbləğində azaldılır. Bu məbləğin artırılması barədə əlilliyi olan şəxslərin bir qrupunun müraciətində yer almış təkliflər də ciddi dəyərləndirilməlidir.

Nazir vurğulayıb ki, əlilliyi olan insanların müraciətlərində I qrup əlilliyi olan şəxslər və xüsusilə əlil arabası istifadəçiləri üçün ayrılmış kvota üzrə iş yerlərində onlar üçün lazımi şəraitin yaradılması məsələsi də yer tutur: “Əlilliyi olan insanların sosial infrastruktur obyektlərində sərbəst hərəkəti üçün lazımi şəraitin yaradılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Nəqliyyat Nazirliyinə müraciətlər göndərilib. Qeyd olunan məsələ Şəhərsalma və Tikinti Məcəlləsində də əksini tapıb. Eləcə də Nazirlər Kabinetinin 27 sentyabr 1999-cu il tarixli Sərəncamına əsasən, respublika ərazisində yaşayış məskənlərinin yenidən qurulması və yenilərinin layihələndirilməsi, planlaşdırılması, tikintisi və abadlaşdırılması üzrə əsas tələb və qaydaları tənzimləyən normalarda əlilliyi olan insanlar üçün əlverişli şəraitin yaradılması da nəzərdə tutulub. Hazırda bu sahədə beynəlxalq norma və standartlar əsasında yeni qaydaların layihəsi hazırlanır”.

S.Müslümov qeyd edib ki, hazırda dövlət qurumlarında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan insanlar arasında əlilliyi olan şəxslər də vardır: “Müraciətlərə uyğun olaraq, mümkün qədər çox əlil arabası istifadəçilərinin işə qəbulunun həyata keçirilməsi, həmçinin qanunvericilikdə dövlət qulluğuna qəbulla bağlı əlilliyi olan şəxslər üçün müəyyən güzəştlərin (qanunvericilikdə mövcud olan kvota sisteminin reallaşdırılması məqsədilə) nəzərdə tutulması məsələsi də əlilliyi olan şəxslərin qaldırdığı problemlər sırasındadır.

Nazir təkcə 2016-cı il ərzində nazirliyin bərpa-müalicə müəssisələrində 23,3 min nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, əlilliyi olan şəxslərə 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verildiyini qeyd edib: “Bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında Respublika Əlillərin Bərpa Mərkəzi, 2016-cı ilin dekabr ayında Uşaq Bərpa Mərkəzi istifadəyə verilib. Həmin mərkəzlərdə yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcək”.

Görüşdə, həmçinin əlilliyi olan şəxslərin müraciətlərində qaldırılan digər məsələlər müzakirə olunub, əlilliyi olan şəxslər tərəfindən verilən təkliflər əsasında onların sosial müdafiəsinin daha səmərəli təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi yönündə qarşıdakı dövrdə müvafiq işin aparılacağı vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan