Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilin birinci yarısında görülən işlər müzakirə edilib

Bakı, 19 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bölgədə və dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin, böhran proseslərinin hökm sürdüyü şəraitdə sabitlik və əmin-amanlıq məkanı olan Azərbaycanda bütün istiqamətlər üzrə inkişaf tempinin davam etdiyini vurğulayıb.

S.Müslümov 2017-ci ildə ölkədə davam edən sosial-iqtisadi inkişaf proseslərinin Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası sahəsində göstəricilərdə də öz əksini tapdığını, xüsusən uğurlu iqtisadi şaxələndirmənin sosial sığorta daxilolmalarına əhəmiyyətli təsirini diqqətə çatdırıb: “Bu ilin altı ayında Fondun gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 259,4 milyon manat və ya 16,6 faiz artaraq 1 milyard 822,5 milyon manata yüksəlməsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 16,7 faiz və ya 105,3 milyon manat artaraq 1 milyard 5,7 milyon manat təşkil etməsi və proqnoza 101,7 faiz əməl olunması bunun əyani təsdiqidir. Müsbət haldır ki, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım davam edir və sosial sığorta haqlarının 62,9 faizi və ya 632 milyon manatı qeyri-büdcə sektorundan daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz və ya 56,2 milyon manat çox olmaqla, rüblük proqnozun 105 faiz icra edildiyini göstərir”.

Cari ilin 6 ayında Fondun xərclərinin 1 milyard 708,1 milyon manat təşkil etdiyini bildirən nazir qeyd edib ki, bu vəsaitin 1 milyard 672,40 milyon manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib: “Əmək pensiyaları ilə bağlı xərclər 1 milyard 626,6 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 45,8 milyon manat olub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiyaların həmin ay içərisində maliyyələşdirilməsinə imkan verib”. Nazir fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayının da artmaqda davam etdiyini diqqətə çatdırıb: “Bu sistemdə qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 124 min 770 nəfər və ya 3,7 faiz artaraq 2017-cı il 1 iyul tarixə 3 milyon 496 min 678 nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır”.

S.Müslümov bildirib ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək artırılması həyata keçirilib: “Ümumiyyətlə, sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikası 2017-ci ildə də davam edir. Cari ilin 1 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4 faiz artaraq 224 manata çatıb. Pensiyaçıların sayı isə cari ilin 1 iyul tarixinə 1 milyon 325 min nəfər (ölkə əhalisinin 13,5 faizi) təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alanlardır”.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il mayın 1-də imzaladığı Fərmanı ilə pensiya qanunvericiliyində bu il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərin pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərini əhəmiyyətli şəkildə gücləndirdiyini vurğulayıb.

Son illərdə nazirliyin fəaliyyət sahələrində İKT-nin uğurlu tətbiqi işlərinin aparıldığını qeyd edən S.Müslümov yeni yaradılan elektron sistemlər nəticəsində əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində idarəetmənin və əhaliyə xidmətlərin müasir və şəffaf şəkildə qurulduğunu diqqətə çatdırıb: “Sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsi və 2017-ci il aprelin 1-dən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması əhaliyə xidmətlərin elektron müstəvidə sadələşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, səmərəli iş mexanizmlərinin tətbiqi yönündə ötən dövrdə aparılan işlərin davamıdır”.

Nazir ölkəmizdə bütün sosial proqramlar kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının da uğurla icra edildiyini vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin yeni mənzillə təminatı həyata keçirilib. Cari ildə də nazirliyin sifarişi ilə Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala Qazax, İsmayıllı rayonlarında inşa olunmuş yeni fərdi yaşayış evləri, ümumilikdə 29 ev bu təbəqələrdən olan insanlara təqdim olunub”.

Cari ilin ilk yarımilində respublika əhalisinin 4,4 faizinə və ya 442 min 800 nəfərə aylıq və birdəfəlik sosial müavinət, 58 min 638 nəfərə isə Azərbaycan Prezidentinin aylıq təqaüdlərinin təyin olunaraq ödənildiyini qeyd edən S.Müslümov bu məqsədlər üçün ödənilən vəsaitin məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 milyon manat və ya 4,2 faiz artdığını, bunun da sosial müdafiə sahəsində dövlət qayğısının ildən- ilə artmasının bir göstəricisi olduğunu qeyd edib: “2016-cı ilin 15 fevralından tətbiq olunan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi dövlət sosial yardım sisteminin müasir əsaslar üzərində və tam şəffaf şəraitdə, ünvanlılıq prinsipinə uyğun formalaşmasına imkan verən, ötən müddətdə özünü məhz gözlənilən səviyyədə doğruldan uğurlu təcrübələrimizdən biridir. Sosial yardımın alınması üçün vətəndaşlar tərəfindən edilən elektron müraciətlərə sistem tərəfindən elektron şəkildə baxılaraq qərar qəbulu prosesi normal qaydada davam etdirilir. Həmin elektron sistemin tətbiqi ictimai məmnunluğa səbəb olmaqla ünvanlı dövlət sosial yardımı ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayının da minimuma enməsi ilə nəticələnib.

İclasda hesabat məruzəsi ilə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların diqqət və qayğı ilə əhatə olunması, sosial xidmətlərin təşkili və s. sahələrdə görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində dövlət təminatında yaşayanların sayı 1089 nəfər təşkil edib. Bu dövrdə Fondun yerli orqanlarının sosial işçiləri tərəfindən 11209 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial məişət xidməti göstərilib. Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan layihələr üzrə 2000 nəfərdən çox ehtiyacı olan uşaq reabilitasiyayönümlü sosial xidmətlərlə təmin olunur. Son 6 ayda əlilliyi olan insanların asudə vaxtının təşkili məqsədi ilə bu təbəqədən olan 906 nəfərin Lənkəran, Xaçmaz və Quba rayonlarında yerləşən istirahət sağlamlıq mərkəzlərində istirahəti təşkil edilib və hazırda da bu işlər davam etdirilir.

Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasının və insan alveri qurbanlarına ehtiyac duyduqları yardımların təşkili, əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və digər aidiyyəti fəaliyyət sahələrində görülən işlər də diqqətə çatdırılıb.

İclasda 2017-ci ilin birinci yarımilində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, sosial proqramların icrası sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. Bu sahədə müsbət nəticələr vurğulanmaqla, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub. Öz fəaliyyətini və əhaliyə xidmətin təşkilini düzgün qura bilməyən və işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib. S.Müslümov pensiya qanunvericiliyində dəyişikliklərdən irəli gələn məsələlər, sığortaedənlərlə işin, habelə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin səmərəli təşkili və s. ilə əlaqədar tapşırıqlarını verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər