CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ay 20 minədək müraciətə baxılıb VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” tərəfindən ötən ay 19 min 990 müraciət cavablandırılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onların 95,7 faizi və ya 19 min 121-i aidiyyəti məsələlərlə əlaqədar sorğu xarakterli olub. Qalan müraciətlər isə araşdırılması üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.
Müraciətlərin 29,2 faizi sosial təminat, 9,8 faizi əmək qanunvericiliyi, 20,3 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,7 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 5 faizi isə məşğulluğun təminatı məsələlərini əhatə edib. Həmçinin müraciətlərin 3 faizi fərdi uçotun təşkili, 10,6 faizi pensiya və müavinətlər, 8,4 faizi məcburi dövlət sosial sığorta, 8 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərinə aid olub.