Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti sahələr üzrə şikayət xarakterli müraciətlərin sayı 5,2 dəfə azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti sahələr üzrə şikayət xarakterli müraciətlərin sayı 5,2 dəfə azalıb

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılmış sistemlər üzərində qurulması həmin sahələrdə səmərəli idarəetmə mexanizminin formalaşması ilə bərabər, xidmət sektorlarında ünvanlılıq, şəffaflıq və ədalətlilik prinsiplərinin təmin olunmasına imkan verib. Aparılan islahatlar əmək və sosial müdafiə sahələri ilə əlaqədar ictimai məmnunluğa nail olunmasına, habelə bu sahələrlə əlaqədar şikayət xarakterli müraciətlərin kəskin şəkildə azalaraq minimuma enməsinə şərait yaradıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu tendensiyanın növbəti təzahürü kimi, cari ilin birinci rübü ərzində vətəndaşlar tərəfindən nazirliyə şikayət məzmunlu müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə azalaraq 477-dən 91-ə enib.

Belə müraciətlərdə azalma dinamikası xüsusən sosial təminat və əlillik təyinatı məsələlərinə aid olub. Şikayət xarakterli müraciətlərin sayı sosial təminat məsələləri ilə bağlı 6,4 dəfə, əlillik məsələləri ilə əlaqədar 15 dəfə azalıb. Bunun əsasında isə hər iki sahədə əhaliyə xidmətlərin heç bir subyektiv amil olmadan yalnız Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) və Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS), eləcə də avtomatlaşdırılmış sığorta-pensiya sistemi vasitəsilə elektron müstəvidə təqdim olunmasıdır. Hazırda VEMTAS vasitəsilə sosial yardım üçün müraciət edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması ilə bağlı qərar qəbulu bütünlüklə onlayn rejimdə həyata keçirilir. Əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi artıq əyani tibbi-sosial ekspertiza müayinələri əsasında deyil, TSERAS tərəfindən elektron qaydada ekspert-vətəndaş təması olmadan həyata keçirilir. Həmçinin əmək və sığorta-pensiya münasibətlərində geniş elektron xidmətlər vətəndaşların istifadəsindədir.

Göründüyü kimi, həmin sistemlərin yaradılaraq işə salınması cəmiyyət üçün aktual olan və bu səbəbdən geniş əhali kontingenti ilə sıx ünsiyyətin mövcud olduğu sosial yardım və əlillik təyinatı sahələrində xidmətlərdən məmur-vətəndaş təmasları mümkün olmadan obyektiv və tam şəffaf şəraitdə istifadə prosesini həyata keçirdib. Nəticədə, həmin sistemlərə ictimai inam formalaşıb. Təkcə cari ilin ilk rübündə “Elektron hökumət” portalı vasitəsilə nazirliyin elektron xidmətlərinə 2 milyon 607 min dəfə müraciət olunub ki, bu da ölkə üzrə bu portal vasitəsi ilə bütün elektron xidmətlərdən istifadənin 52,6 faizini təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan müraciətlərin ümumi sayında mütəmadi azalma dinamikası davam edir. Cari ilin yanvar-mart aylarında vətəndaşlar tərəfindən nazirliyə ünvanlanan müraciətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 32 faiz azalaraq 13 min 702-yə enib. O cümlədən sosial təminat məsələlərinə dair müraciətlərin sayında 41 faiz, tibbi-sosial ekspertiza və reabilitasiya məsələlərinə dair müraciətlərin sayında 13 faiz, məşğulluq məsələlərinə dair müraciətlərin sayında 15 faiz, əmək qanunvericiliyinə dair müraciətlərin sayında 36 faiz azalma qeydə alınıb.

Daxil olan müraciətlərin böyük əksəriyyətində vətəndaşların əmək, sosial təminat, məşğulluq, əmək qanunvericiliyi ilə əlaqədar sorğuları ifadə olunub. Hər bir belə müraciətin vətəndaşlar üçün dolğun şəkildə cavablandırılması, qanunvericiliyin müvafiq bəndlərinin, habelə elektron xidmətlərdən istifadənin texniki proseduralarının aydın şəkildə izah olunması, eyni zamanda şikayət xarakterli müraciətlərin hər birinin diqqətlə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsi təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əmək haqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib