Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb

Bakı, 9 iyun, AZƏRTAC 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında iştirak edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Müslümov vurğulayıb ki, əmək resurslarından səmərəli istifadə edilməsi, hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkəmizin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir: “Prezident İlham Əliyevin milli iqtisadiyyatın sürətli inkişafını təmin edən islahatlar kursu uğurlu iqtisadi şaxələndirmə və özəl sektorun genişlənməsi şəraitində əmək tutumlu sahələrin və yeni iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsinə səbəb olub. Məşğulluğun artımı ötən dövrdə əhalinin adambaşına gəlirlərinin dəfələrlə artmasını, bu əsasda rifah səviyyəsinin yüksəlməsini şərtləndirib. Son illərdə qlobal böhranın təsirlərinə adekvat olaraq aparılan islahatlar da ölkədə iqtisadi dayanıqlılığı, xüsusən qeyri-neft iqtisadiyyatında artımı stimullaşdırıb, əmək bazarındakı sabitliyin davam etməsini, işsizliyin aşağı səviyyədə saxlanmasını təmin etməyə imkan verib. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yeri tutan Azərbaycan, həmçinin bu hesabata əsasən əmək bazarının səmərəliliyi üzrə 26-cı yerdədir”.

Nazir bildirib ki, ölkə iqtisadiyyatının perspektiv istiqamətləri üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulan dörd strateji hədəfin hər biri ümumi iqtisadi inkişafın davamlı xarakter almasına hesablanmaqla bərabər, məşğulluq amilini də ehtiva edir: “Sənəddə insan kapitalının inkişaf etdirilməsi ayrıca strateji məqsəd kimi müəyyən edilib. Bu da bir tərəfdən əmək məhsuldarlığının yüksəldilməsinə, digər tərəfdən işçi qüvvəsinin əmək bacarıqlarının artırılması yolu ilə layiqli əməyin təminatına, nəticə etibarilə əmək bazarının inkişafının milli iqtisadiyyatın perspektivinə uyğunlaşdırılmasına yol açır”.

S.Müslümov əmək hüquqlarının qorunması, layiqli əməyin təmin edilməsi yönündə ölkəmizdə fəal siyasətin aparıldığını vurğulayıb, dövlət başçısının müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası barədə məlumat verib. O qeyd edib ki, bu Komissiyanın fəaliyyəti işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və s. kimi mühüm məqsədlərə yönəlib.

Nazir Azərbaycanda ümumi sosial müdafiə sisteminin mühüm komponentlərindən biri kimi işsizlikdən sığorta sisteminin qurulması işlərinin də aparıldığını bildirib: “Artıq “İşsizlikdən sığorta haqqında” Qanunun layihəsi parlament səviyyəsində müzakirədədir. Bu Qanunun qəbulu bir tərəfdən işsiz vətəndaşların sosial müdafiəsinin güclənməsinə və aktiv əmək bazarı proqramlarının daha da genişlənməsinə şərait yaratmaqla, qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılmasında da stimullaşdırıcı rol oynayacaq”.

Son illərdə Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatları, yeni yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərini diqqətə çatdıran S.Müslümov müvafiq iş sahələrinin təkmilləşdirilməsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini, ötən dövrdə əlaqələrin daim genişləndiyini vurğulayıb: “BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici, 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulan Azərbaycan müvafiq sahədə qanunvericiliyini bu sənədlərin prinsiplərinə uyğun formalaşdırıb. Ötən dövrdə bu Təşkilatla bir sıra aktual iş sahələri, o cümlədən gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, kadr və institisional potensialın gücləndirilməsi üzrə birgə layihələrin icrasında uğurlu iş təcrübəmiz vardır. “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” əməkdaşlığımızın daha da genişlənməsinə, Proqramda əksini tapan sosial-iqtisadi hədəflərə doğru birgə və məqsədyönlü işlərin aparılmasına imkan verib”.

Ölkəmizdə özünüməşğulluq proqramının icrasında BƏT-in meyarlarına xüsusi önəm verildiyini qeyd edən nazir bu proqramın uğurla həyata keçirilməsində, xüsusən beynəlxalq sertifikatlı təlimçilər qrupunun yaradılmasında BƏT-in dəstəyini yüksək dəyərləndirib. S.Müslümov özünüməşğulluq proqramının icrası, habelə ölkənin yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanması sahəsində BƏT-lə aparılan birgə işləri əməkdaşlığın uğurlu davamı kimi qiymətləndirib: “Hazırda Azərbaycanla BƏT arasında çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyi mövcuddur və bu amil əsas götürülərək ölkəmiz BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyini irəli sürüb”.

Q.Rayder rəhbərlik etdiyi təşkilatın Azərbaycanla daim genişlənən əməkdaşlığından, ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan islahatların müsbət nəticələrindən məmnunluğunu ifadə edib. BƏT-in Baş direktoru “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanmasını əməkdaşlığın yeni mərhələsi kimi qeyd edərək, Proqramdan irəli gələn məsələlərin həlli sahəsində respublikamızda uğurlu nəticələrə nail olunacağına əminliyini bildirib. Q.Rayder Azərbaycanda aktiv əmək bazarı tədbirlərinin genişlənməsinin, işsiz və işaxtaran insanların özünüməşğulluq fəaliyyətinə şərait yaradılmasının təqdirəlayiq olduğunu, bu sahədə, həmçinin sosial dialoqun gücləndirilməsində BƏT-in bundan sonra da dəstək göstərmək əzmində olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib