Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında çıxış edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında çıxış edib

Bakı, 7 iyun, AZƏRTAC

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən 106-cı sessiyasında iştirak edir. Nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

AZƏRTAC xəbər verir ki, sessiyanın plenar iclasında çıxış edən S.Müslümov strateji hədəflərin düzgün müəyyən olunmasının hər bir ölkədə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri olduğunu vurğulayıb: “Əhalinin sosial rifahının yaxşılaşdırılması, işsizliyin azaldılması, gənclərin, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, o cümlədən bacarıqların artırılması bu gün Azərbaycan Respublikasında sosial iqtisadi siyasətin əsas prioritetlərini təşkil edir. Qlobal maliyyə böhranının mənfi təsirlərinə baxmayaraq, iqtisadiyyatın liberallaşdırılması, səmərəli fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması üzrə islahatlar son on ildə orta aylıq əməkhaqqını 3,3 dəfə, orta aylıq pensiyanı isə 4,7 dəfə artırmağa imkan vermiş, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağı enmiş, 1,6 milyondan çox yeni iş yeri açılıb”.

Nazir BƏT-in 57 Konvensiyasına qoşulan Azərbaycanın beynəlxalq standartlara cavab verən milli əmək, məşğulluq və sosial müdafiə qanunvericiliyini formalaşdırdığını diqqətə çatdırıb. S.Müslümov bildirib ki, yeni çağırışlara uyğunlaşmaq, iqtisadi siyasətin və islahatların davamlılığını, iqtisadiyyatın rəqabət qabiliyyətini, inklüzivliyini və sosial rifahın gücləndirilməsini təmin etmək məqsədilə ölkədə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib. O, həmçinin işsizlikdən sığorta sisteminin yaradılması ilə bağlı qanun layihəsinin hazırda ölkə parlamentində müzakirə olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını diqqətə çatdırıb.

Ölkəmizin BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu qeyd edən S.Müslümov Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə olduğunu vurğulayıb: “2006-2015-ci illər ərzində ölkədə əhalinin illik təbii artım tempi 1,3 faizə yaxın olmuşdur. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını üç dəfədən çox üstələyir. Demoqrafik baxımdan cavan yaş strukturuna malik Azərbaycanda 2015-ci ildə əhalinin ümumi yaş strukturunda 14-29 yaşda gənclərin payı 27 faiz təşkil edib. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8 faizdən 9,4 faizədək azalıb”.

Nazir respublikada qadınların ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərdiklərini, muzdla işləyənlərin 48 faizinin, o cümlədən təhsil sahəsində muzdla işləyənlərin 76 faizinin, səhiyyədə 82 faizinin qadınlar olduğunu qeyd edib: “Hesab edirik ki, əhalinin məşğulluğunun artırılması üçün kadr hazırlığı sistemi, o cümlədən peşə hazırlığı və əlavə təhsil sistemi dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, əmək ehtiyatları keyfiyyətcə yaxşılaşdırılmalı və onun rəqabət gücü artırılmalıdır. Bu baxımdan peşə standartlarının hazırlanması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Son 5 il ərzində ölkəmizdə 350-dək peşə standartı hazırlanıb və işəgötürənlərin istifadəsinə verilib”.

S.Müslümov bildirib ki, peşə təhsili sisteminin inkişaf etdirilməsi, təhsil və əmək bazarı arasında kəmiyyət, keyfiyyət və gözləntilər baxımından mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb: “Ölkəmizdə müasir sosial müdafiə elementlərini özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşıb. Əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində elektron texnologiyaların tətbiqi müasir və şəffaf xidmətlər sisteminin yaradılmasına imkan vermişdir. Pensiyaların təyinatı, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə elektron sistemlər və əmək münasibətlərinin keyfiyyətcə çevik mərhələyə keçməsini təmin edən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi formalaşdırılıb”.

BƏT-lə əməkdaşlıqdan bəhs edən S.Müslümov bildirib ki, Təşkilatla 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən Layiqli Əmək üzrə ikinci Ölkə Proqramı imzalanıb. Proqram çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2017-2030-cu illər)” layihəsi hazırlanıb, ölkədə əhalinin özünüməşğulluğunun artırılması üzrə birgə işlər aparılıb. Son 2 il ərzində Azərbaycan BƏT-in 13 müxtəlif mövzulu konfrans, seminar, təlim və digər beynəlxalq tədbirinə ev sahibliyi edib: “BƏT-in 2016-cı ilin dekabrında Moskvada keçirilmiş növbəti il üçün fəaliyyətin müəyyən edilməsi üzrə iclasında 51 Avropa ölkəsi sırasında Azərbaycan Respublikasının özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi və Üçtərəfli komissiyanın yaradılması sahəsində təcrübəsi nümunə kimi göstərilmiş və digər ölkələrə bu təcrübədən yararlanmaq tövsiyə edilib”.

Nazir BƏT-in 100 illik yubileyi ilə bağlı Azərbaycanda beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə “Əməyin gələcəyi” üzrə milli səviyyədə müzakirələrin aparıldığını, bu müzakirələrin BƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Konfransla yekunlaşdırıldığını diqqətə çatdırıb. “Hesab edirik ki, müasir dünyada müxtəlif qlobal amillərin, o cümlədən demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri və sosial müdafiə sahəsinə yönələn təsirləri fonunda əmək bazarında sabitliyin qorunub saxlanılması, hər bir şəxs üçün əlçatan sosial təminat sisteminin qurulması, layiqli, təhlükəsiz və sağlam əməyin təmin olunması, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər sahələrdə çağırışlara cavab vermək üçün Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi hər bir ölkə üçün zəruri və əhəmiyyətlidir”, deyə S.Müslümov çıxışının sonunda vurğulayıb.

Daha sonra iclas sessiyanın gündəliyində dayanan məsələlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, tədbirin gündəliyinə BƏT-in Baş direktorunun və Rəhbər Orqanının sədrinin məruzələri, BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyəti, “Sülh və istiqrar naminə layiqli əmək: Məşğulluqla bağlı (müharibədən sülhə keçid)” 1944-cü il tarixli, 71 nömrəli Tövsiyənin nəzərdən keçirilməsi daxildir. Sessiyada həmçinin BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət haqqında” Bəyannaməsinə əsasən əmək sahəsində fundamental prinsip və hüquqların strateji hədəflərinə dair müzakirələrin aparılması, 2017-2020-ci illər üçün BƏT-in Rəhbər Orqanına seçkilərin keçirilməsi və s. nəzərdə tutulur. Azərbaycan Respublikasının da BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyi qeydə alınıb. Bununla əlaqədar hazırda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin namizədliyinin dəstəklənməsi ilə bağlı görüşlər keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb