CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi nazirinin Qusar rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Qusar rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, noyabrın 11-dən noyabrın 18-nə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Müslümov həmin gün saat 10:00-da Qusar rayonunda Heydər Əliyev Mərkəzində bu rayonun və Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə, nazirliyin qəbul otağına və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon şöbələrinə müraciət edərək qəbula yazıla bilərlər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial müdafiə, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, pensiya təyinatı, sosial sığorta, məşğulluğun təminatı və s.) əlaqədar müraciətlərin araşdırılaraq cavablandırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.