CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi nazirinin Tərtər rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Tərtər rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 23-dən sentyabrın 22-nə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Müslümov həmin gün saat 10:00-da Tərtər rayonunda Gənclər mərkəzində bu rayonun və Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı və ya (020) 205-41-19 telefon nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətlərin araşdırılaraq cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.