Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və məşğulluq sahəsində islahatlarda BƏT-lə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Bakı, 30 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kölerlə görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına şərait yaratdığını vurğulayıb. Bildirib ki, dünya iqtisadiyyatı üçün çətin keçən 2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili oldu. Ölkədə iqtisadi sabitləşməyə imkan verən həmin islahatların uğurları artıq özünü göstərir, cari ilin yanvar-fevral aylarında respublikada 0,4 faiz iqtisadi artım qeydə alınıb. Qeyri-neft sektorunun hesabına iqtisadi inkişafın təmin olunması yönündə növbəti irəliləyiş kimi, qeyd olunan dövrdə qeyri-neft sənayesində 5 faiz, o cümlədən kənd təsərrüfatında 3 faizdən çox artım özünü göstərib. Mühüm uğurlardan biri olaraq, görülən kompleks tədbirlər nəticəsində əmək bazarında sabitlik qorunub, işsizliyin artmasına yol verilməyib. Cari il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmayıb, əksinə 1,5 faizədək artaraq 1510,4 min nəfərə çatıb. Həmçinin iqtisadiyyatın həm dövlət, həm də qeyri-dövlət sektorlarında işləyənlərin sayında artım özünü göstərib. İqtisadiyyatın şaxələndirilməsi, inşaat və ənənəvi kənd təsərrüfatı sektorlarının inkişaf etdirilməsi şəraitində əmək tutumlu sahələrin yaradılması, kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığı, regionların inkişafının hərtərəfli dəstəklənməsi tədbirləri cari ildə də respublikada xeyli sayda yeni iş yerinin yaradılmasını şərtləndirəcək.

Nazir, eyni zamanda ölkədə əməkhaqqılarında artım dinamikasının cari ildə də davam etdiyini, təkcə bu ilin yanvar ayında muzdla çalışanların orta aylıq nominal əməkhaqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artdığını diqqətə çatdırıb. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edən S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli Sərəncamının bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və daha səmərəli təşkili üçün şərait yaratdığını vurğulayıb. Sərəncama əsasən, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsində, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsində, bu sahələrdə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsində mühüm rol oynayacaq.

Ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan siyasətin inkişaf etdirilməsində BƏT-lə birgə aparılan işlərin əhəmiyyətini qeyd edən S.Müslümov Azərbaycanın bu təşkilatın təşəbbüs və layihələrinə həmişə fəal şəkildə qoşulduğunu diqqətə çatdırıb. Nazir aktiv əmək bazarı proqramlarının təşkili, dövlət başçısının 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində də BƏT-lə əməkdaşlığı yüksək dəyərləndirib. Xüsusən də BƏT-in dəstəyi ilə artıq Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşıb ki, gələcəkdə digər ölkələrdə də oxşar proqramların icrası zamanı bu potensialdan istifadə oluna bilər.

Nazir BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünün də ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. Azərbaycanın BƏT-lə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu qeyd edən S.Müslümov ölkəmizin BƏT-in 2017-2020-ci illər üçün Rəhbər Orqanının (İLO Governing Body) üzvlüyünə namizədliyini irəli sürdüyünü, cari ilin iyun ayında keçiriləcək seçkilərdə bu namizədliyin dəstək qazanacağına əminliyini ifadə edib. Nazir hazırda BƏT-in Cenevrə şəhərində yerləşən Katibliyində Azərbaycan vətəndaşlarının çalışmadığını və ölkəmizdə yüksək səviyyəli mütəxəssislərin olduğu nəzərə alınmaqla, gələcəkdə BƏT-də çalışan heyətin tərkibində Azərbaycandan olan əməkdaşın da işləməsinə imkan yaradılması məsələsini H.Kölerin diqqətinə çatdırıb.

S.Müslümov BƏT-lə əməkdaşlığın inkişafı müstəvisində qarşıdakı dövrdə də birgə layihələrin davam etdiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məlum olduğu kimi, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Ermənistanın işğalından azad edilib. Həmin kənddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Hesab edirəm ki, BƏT-lə əməkdaşlıq müstəvisində birgə həyata keçiriləcək layihələr sırasına Cocuq Mərcanlı kəndində məşğulluğun təmin olunması ilə bağlı layihənin daxil edilməsi də məqsədyönlü olardı.

H.Köler Azərbaycanda əmək və məşğulluq sahələrində aparılan islahatların, əmək resurslarının məşğulluğunun təminatı sahəsində görülən tədbirlərin, aktiv əmək bazarı proqramlarının, eləcə də özünüməşğulluq proqramının icrası işlərinin BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib. Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirlərin önəmini də qeyd edən H.Köler təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb. O, BƏT-in Rəhbər Orqanına Azərbaycanın üzvlüyə namizədliyinə keçiriləcək obyektiv seçkilər zamanı üzv ölkələr (xüsusən Şərqi Avropa və MDB ölkələrindən olan üzv dövlətlər) tərəfindən dəstək verilə biləcəyinə əminliyini bildirib. BƏT-də yaranan vakansiyalar üzrə təşkilatda işə qəbul olunmaq üçün Azərbaycandan olan mütəxəssislərin də ərizə ilə müraciət edə bilməsinin mümkünlüyünü qeyd edən H.Köler Cocuq Mərcanlı kəndində birgə layihənin həyata keçirilməsi ilə bağlı təklifin də müzakirə olunacağını vurğulayıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının sədri Məmməd Musayevin iştirak etdiyi görüşdə daha sonra əmək və məşğulluq sahəsində ölkəmizdə aparılan islahatlarda BƏT-lə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir