REGİONLAR


Əmək yarmarkalarında 170 nəfərdən çox işaxtaran vətəndaş daimi işlə təmin olunub

A+ A

Naxçıvan, 17 avqust, AZƏRTAC

İlin əvvəlindən bəri muxtar respublikada keçirilən əmək yarmarkalarında 172 nəfər daimi işlə təmin edilib. İşlə təmin olunanların 101-i dövlət, 71 nəfəri isə özəl sahədə işləməyə başlayıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildirilib ki, əmək yarmarkalarına 212 idarə, müəssisə və təşkilatdan, o cümlədən 105-i özəl sektor olmaqla, vətəndaşlara 1541 boş iş yeri təqdim edilib. Boş iş yerlərinin 1277-si dövlət, 264-ü qeyri-dövlət müəssisələrinə aid olub.

Gənclər və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb və işlə təmin edilənlərdən 68 nəfəri 29 yaşadək, 4 nəfəri isə sağlamlıq imkanları məhdud şəxslər olub.

Cari ilin ilk 6 ayında 1203 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilib. İşə göndərilənlərin 64-ü sağlamlıq imkanları məhdud şəxs, 18-i hərbi xidmətdən yeni tərxis olunan, 5-i cəzaçəkmə müəssisəsindən azad edilən, 54 nəfəri isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləri olub. Eyni zamanda, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər işlə təmin edilib, 164 nəfər müvafiq peşə kurslarına, 68 nəfər haqqıödənilən ictimai işə cəlb olunub. Bu müddət ərzində keçirilən əmək yarmarkalarında 180 nəfərə peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş verilib, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi, habelə fərdi təsərrüfatlarının inkişafı üçün iki aztəminatlı ailəyə müvafiq kömək göstərilib, evlərdə xalça toxunuşu ənənəsi davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.