REGİONLAR
Əmək yarmarkasında 178 nəfər işə göndəriş alıb
Ağcabədi, 17 sentyabr (AZƏRTAC, Tahir Ağaməmmədov). Ağcabədi şəhərində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkanın açılış mərasimində çıxış edənlər ölkədə və Ağcabədi rayonunda gedən sosial-iqtisadi inkişafdan, sahibkarlara göstərilən dövlət qayğısından, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Əmək yarmarkasına 22 idarə, müəssisə və təşkilat tərəfindən 307 boş iş yeri çıxarılıb. Boş iş yerlərinə görə 105 manatdan 500 manatadək məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 400-dən çox işaxtaran vətəndaşdan 178 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.