MƏDƏNİYYƏT


Əməkdar Artist Elçin Əzizovun “Karmen” operasındakı çıxışı maraqla qarşılanıb

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Jorj Bizenin “Karmen” operası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Eskamilyonun partiyasını Rusiya Dövlət Akademik Böyük Teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar Artisti Elçin Əzizov ifa edib. Tamaşada, həmçinin Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Andrey Romanenko (Xoze) çıxış edib.

Tamaşanı beynəlxalq dirijor müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Səhnə əsəri böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.