MƏDƏNİYYƏT


Əməkdar Artist Fəridə Məmmədova Moskvada vokal gecəsində çıxış edəcək

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar Artist Fəridə Məmmədova oktyabrın 7-də Moskvada görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illik yubileyi münasibətilə təşkil olunacaq vokal gecəsində iştirak edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “ProkofyevFEST” festivalı çərçivəsində baş tutacaq gecəyə Rusiya ilə yanaşı, bir sıra ölkələrdən görkəmli musiqiçilər qatılacaq.

Rusiya Musiqi Mədəniyyəti Muzey Mərkəzində keçiriləcək konsertdə Fəridə Məmmədovanı fortepianoda Əməkdar Artist Gülşən Ənnağıyeva müşayiət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.