MƏDƏNİYYƏT


Əməkdar Artist Hamlet Xanızadənin 75 illik yubileyi qeyd edilib

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında görkəmli sənətkar, teatr və kino aktyoru, Əməkdar Artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, tanınmış telejurnalist Rahib Azəri, Akademik Milli Dram Teatrının aktyorları və Xəzər rayonunun elm və təhsil işçiləri iştirak ediblər.

Yubiley gecəsində görkəmli sənətkar Hamlet Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub, Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin “Fantaziya” skripkaçılar ansamblının, Mərdəkan Mədəniyyət Sarayının muğam üçlüyünün, “Lalələr” rəqs ansamblının ifaları təqdim olunub.

Çıxış edənlər sənətkarın həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər.

Tədbirin sonunda Hamlet Xanızadənin qızı Xumar Xanızadə təşkilatçılara və bütün qonaqlara təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.