MƏDƏNİYYƏT
Əməkdar Artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd olunacaq
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar Artist Məcnun Hacıbəyovun 80 illik yubileyi qeyd olunacaq.
Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildiriblər ki, ittifaqda təşkil olunacaq yubiley tədbirində sənətkarın həyat yolu və yaratdığı bənzərsiz obrazlar qalereyası haqqında söhbət açılacaq.
Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun ikinci Nügədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Yeni evlənənlər", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat", "Sabiqlər", "Şirin bülbül", "Sarıköynəklə Valehin nağılı" və digər filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
İyirmidən çox filmdə rol alan aktyor hazırda doğulduğu rayonda yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]