MƏDƏNİYYƏT


Əməkdar Artist Nərgiz Əliyarova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcək

Bakı, 25 yanvar, AZƏRTAC

Fevralın 18-də Əməkdar Artist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarova Nyu-Yorkda "DiMenna Center"də konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsertdə Y.Haydn, V.Motsart, F.List, F.Şopen, K.Debüssi, S.Raxmaninov, E.Lekuona və Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

“Sphinx Global Scholars” proqramı çərçivəsində reallaşacaq musiqi axşamında Nərgiz Əliyarova violonçel ifaçısı Tomas Mesa ilə çıxış edəcək.

Konsert barədə məlumat Nərgiz Əliyarovanın, Tomas Mesanın və "azeriamericanews.com" saytlarında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.