MƏDƏNİYYƏT
Əməkdar Artist Salman Qəmbərov Amsterdamda konsert verəcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik–estrada orkestrinin bədii rəhbəri, Əməkdar Artist Salman Qəmbərov Almaniyada konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Bütün şərq ölkələrindən ulduzlar” adlı layihə çərçivəsində baş tutan konsert proqramı Almaniyanın Osnabryuq şəhərində reallaşıb. Konsertdə dünya bəstəkarlarının əsərləri və ayrı-ayrı klassik caz musiqisinin nümunələri əsasında improvizələr səsləndirilib.
Həmçinin, konsert proqramında fransalı məşhur tuba ifaçısı Mişel Qodar həmyerlimizlə eyni səhnəni bölüşüb.
Qeyd edək ki, Salman Qəmbərov Niderlandın paytaxtı Amsterdamda da konsert proqramı ilə çıxış edəcək.