MƏDƏNİYYƏT


Əməkdar Artist Salman Qəmbərov Avropada çıxış edəcək

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik–estrada orkestrinin bədii rəhbəri, Əməkdar Artist Salman Qəmbərov Almaniya və Niderland şəhərlərində keçiriləcək “Bütün şərq ölkələrindən ulduzlar” adlı konsert proqramında iştirak edəcək.

Salman Qəmbərov AZƏRTAC-a bildirib ki, Osnabryuq və Amsterdam şəhərlərində baş tutacaq konsertlər çərçivəsində dünya bəstəkarlarının əsərləri və ayrı-ayrı klassik caz musiqisinin nümunələri əsasında improvizələr səsləndiriləcək.

Konsert proqramında duet ifalar da təqdim olunacaq. Belə ki, fransalı məşhur tuba ifaçısı Mişel Qodar da həmyerlimizlə eyni səhnəni bölüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.