MƏDƏNİYYƏT
Əməkdar Artist Yaqub Zurufçu Kanada və ABŞ-da konsert verəcək
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycanın Əməkdar Artisti Yaqub Zurufçu Kanada və ABŞ-da bir neçə konsert proqramı ilə çıxış edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən müğənni deyib ki, oktyabrın 21-də Kanadanın Toronto, daha sonra isə Vankuver və Monreal şəhərlərində konsert verəcək. Həmçinin, müğənni ABŞ-ın Los-Anceles şəhərində və digər bir sıra şəhərlərdə konsert proqramı ilə çıxış etməyi planlaşdırır.
Müğənni deyib: “Həmişə konsertlərimdə Azərbaycan musiqisi səsləndirmişəm, bir sözlə, klassik və illərin sınağından keçmiş ən gözəl əsərləri ifa etmişəm. Budəfəki konsertlərimdə də öz milli mahnılarımızı, bəstəkar və xalq mahnılarını oxuyacağam”.
Qeyd edək ki, sənətkar bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]