MƏDƏNİYYƏT


Əməkdar Artistdən “Addım” Gənclər Təşkilatına dəstək

A+ A

Bakı, 22 oktyabr, Flora Şükürova, AZƏRTAC

“Park Bulvar”da Əməkdar Artist Tünzalə Ağayeva “Birthday party with Tunzale” adlı canlı konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, gecə “Səs Azərbaycan” layihəsinin iştirakçıları Tofiq Hacıyev, Ləman Dadaşova, Ruslan Alışanın ifasında “Addım” Gənclər Təşkilatının himni olan “Bizimlə addımla” mahnısının sədaları ilə başlayıb.

Konsert təşkilatın fəaliyyətinin üç illiyi çərçivəsində gerçəkləşib.

Əvvəlcə təşkilatın üç ildə gördüyü işlər, fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə qonaqlara məlumat verilib. Bildirilib ki, təşkilat həyatın bütün sahələrində hər zaman özünün maraqlı layihələri ilə çıxış edib. Daim gənclərlə işləməyə üstünlük verən təşkilat fəaliyyəti ilə bir sıra uğurlara imza atıb.

Daha sonra konsert proqramına start verilib. Sevilən sənətçi T.Ağayevanın doğum günü ərəfəsində canlı ifası konsertin tematik posterinə marağı daha da artırıb. Konsert çərçivəsində müğənninin ifasında biri-birindən maraqlı hit mahnılar və yeni musiqi nömrələri səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.