MƏDƏNİYYƏT


Əməkdar Artistin yeni musiqi albomu işıq üzü görüb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının solisti, Əməkdar Artist Teyyub Aslanovun yeni musiqi albomu muğamsevərlərin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, “Aman təklik əlindən” adlı albomda eyniadlı xalq mahnısı, “Bayatı Kürd” muğamı, “Bayatı Şiraz” təsnifi, “Mahur” kompozisiyası ilə yanaşı, bəstəsi Polad Bülbüloğluna məxsus “Dilin can incidəndir” mahnısı da yer alıb. Nəfis tərtibatlı albomda xanəndəni Əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılov (kamança) müşayiət edib.

Özünəməxsus ifa tərzi ilə dinləyicilərin qəlbinə yol tapan xanəndənin albomu muğam irsimizə töhfə ilə yanaşı, musiqisevərlərə də xoş anlar bəxş edəcək.

Qeyd edək ki, yaxın aylarda Teyyub Aslanov pərəstişkarları qarşısında konsert proqramı ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.