MƏDƏNİYYƏT


Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova məşhur "Pole çudes" verilişində iştirak edib

Bakı, 9 iyun, AZƏRTAC

Rusiyanın "Birinci telekanalı"nda Leonid Yakuboviçin aparıcılığı ilə yayımlanan məşhur "Pole çudes" teleoyununda Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova iştirak edib.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da efirə gedən verilişdə Zərifə Salahova Leonid Yakuboviçə Azərbaycanla bağlı miniatür kitablar hədiyyə edib. O, bu kitabların Ginnesin rekordlar kitabına düşdüyünü vurğulayıb. Leonid Yakuboviç bu kitabların dəyərli hədiyyə olduğunu deyərək təşəkkürünü bildirib.

Qeyd edək ki, veriliş 1990-cı ildən yayımlanır və postsovet məkanında ən məşhur teleşoulardan biri hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.