İDMAN
Əməkdar məşqçi Əhməd Ələsgərovun xatirəsi anılıb
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da AFFA-nın inzibati binasında əməkdar futbol məşqçisi Əhməd Ələsgərovun anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əməkdar məşqçinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular Çingiz İsmayılov, Fuad Tağızadə, Bəşir Əliyev, Rüstəm Rəhimov, İsgəndər Cavadov, Ağasəlim Mircavadov və başqaları çıxışlarında Əhməd Ələsgərovla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər mərhum idman mütəxəssisinin Azərbaycan futbolunun inkişafındakı əvəzsiz xidmətlərini vurğulayıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını deyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]