REGİONLAR


Əməkdar məşqçi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş turnir başa çatıb

A+ A

Sumqayıt, 2 sentyabr, AZƏRTAC 

Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda Əməkdar məşqçi Tofiq Rzayevin xatirəsinə həsr edilmiş turnir keçirilib. Avqustun 30-da başlayan yarışa sentyabrın 2-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Şimal Regional Futbol Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Yarışda 2007-2008-ci il təvəllüdlü futbolçulardan ibarət 12 komanda iştirak edib. Turnirdə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM) 1-ci, Bakının "Vətən" komandası 2-ci, "Sumqayıt" futbol klubu isə 3-cü yeri tutub.

Qaliblərə kuboklar, medallar və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.