CƏMİYYƏT


Əməliyyat nəticəsində 82 yaşlı xəstənin həyatı xilas edilib

Bakı, 10 may, AZƏRTAC 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə 5 gündən artıq qarında kəskin ağrı, sarılıq, sidiyin rənginin tündləşməsi, ümumi halsızlıq və ürəkbulanma şikayətləri olan 82 yaşlı xəstə daxil olub. Üç ildir ki, xoledoxolitiaz (öd axarı daşları) aşkar edilən xəstə davamlı konservativ müalicə alsa da, onun ümumi vəziyyəti və əməliyyat riskinin ağırlığına görə əməliyyata razılıq verilməyib. Aparılan MRT və MRCP müayinələri nəticəsində subhepatik kistik struktura (spontan bilioma), perihepatik, perisplenik, epiqastrik, peripankreatik və sağ perirenal sərbəst maye aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzin ümumi cərrahı İbrahim Əfəndiyev mətbuat xidmətinə məlumat verib.

Həkim bildirib ki, hazırlıqdan sonra xəstəyə həyati göstərişlə təcili laparotomiya, xolesistektomiya, xoledoxotomiya, intraoperasion xolangioqrafiya və xoledoxun T-boru drenajı əməliyyatı icra edilib. Üç gün reanimasiya və dörd gün stasionar müalicədən sonra xəstə stabil vəziyyətdə evə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.