İQTİSADİYYAT


“Amerika Gəmiçilik Bürosu” gəmiçilikdə beynəlxalq auditə start verib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Nüfuzlu təsnifat və sertifikatlaşdırma qurumu olan “Amerika Gəmiçilik Bürosu” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də beynəlxalq auditə start verib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, audit 2015-ci ilin IV rübündən tətbiq edilən “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi” (TKİS) İSO 9001:2015 (Keyfiyyətin Menecmenti), İSO 14001:2015 ( Ekoloji Menecment), İSO 50001:2011 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001:2007 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarına uyğun aparılır. Audit idarəetmə aparatının struktur bölmələrində və TKİS-in əhatə dairəsini genişləndirmək məqsədilə “Yarenqa” yedək-təchizat və “Şirvan” kran gəmilərində də keçiriləcək.

Audit zamanı sahil və üzən obyektlərdə işin təşkili, sənədləşmənin TKİS-ə və beynəlxalq idarəetmə standartlarına uyğunluq səviyyələri müəyyənləşdiriləcək və aidiyyəti xidmətlərlə araşdırılaraq təhlil ediləcək.

Audit noyabrın 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.