DÜNYA


Amerika İŞİD lideri haqqında məlumata görə mükafatın məbləğini artırıb

Bakı, 16 dekabr, AZƏRTAC

ABŞ-ın Dövlət Departamenti İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsi üçün yararlı olacaq məlumata görə mükafatın məbləğini artırıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı RİA-Novosti informasiya agentliyi Dövlət Departamenti tərəfindən həyata keçirilən “Ədalət naminə mükafat” proqramının Twitter səhifəsinə istinadla məlumat yayıb. Dövlət Departamenti mükafatın məbləğini 25 milyon dollara çatdırıb. Əvvəl isə İŞİD lideri haqqında məlumata görə 10 milyon dollar vəd verilmişdi.

ABŞ hökumətinin məlumatına görə, əl-Bağdadi hazırda İŞİD-in nəzarəti altında olan Suriya və İraq ərazilərində gizlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.