CƏMİYYƏT
Amerika alimləri gecə qıcolmalarına tez təsir göstərən dərman hazırlayıblar
Bakı, 26 fevral, AZƏRTAC
AZƏRTAC “Zee News” saytına istinadla xəbər verir ki, bir qrup Amerika alimi əzələ qıcolmalarının müalicəsi üçün yeni preparat təqdim edib. Bu dərman qıcolmaların intensivliyini üç dəfə azaldır. Alimlərin fikrincə, preparat təkcə idmançılara yox, həm də səpələnmiş sklerozdan və gecələr yatmağa qoymayan qıcolmalardan əziyyət çəkən insanlara kömək edəcək.
Nobel mükafatı laureatı Rod MakKinnon deyir: “Hələlik gecə qıcolmalarına təsiri təsdiq edilmiş dərman yoxdur. Yeni dərman ciddi tədqiqatlar sayəsində ərsəyə gəlib. Tədqiqat üçün qıcolmaları onurğa beynində əzələlərin yığılmasına nəzarət edən neyronların ifrat fəallığının əmələ gətirməsi haqqında məlumat əsas götürülüb.
Dərman qıcolma sindromunun inkişafına cavab verən neyronların fəallığını ləngidir. Elektrik stimulyatorların köməyi ilə süni qıcolma yaradılması bu üsulun səmərəliliyini təsdiq edib. Dərman qəbul etdikdən sonra qıcolmaların sayı üç dəfə azalıb. Bu effekt 6-8 saat təsirli olub.