CƏMİYYƏT
Amerika alimləri mayalanma prosesindən əvvəl orqanizmin genetik mutasiyalarını aradan qaldıra biliblər
Bakı, 20 dekabr, AZƏRTAC
Texas, İndiana və Stenford universitetlərindən bir qrup tədqiqatçı eksperiment apararaq spermatozoidlərin genomuna müdaxilə edib və bir neçə zədələnmiş geni dəyişdirib. Əsas kimi hər hansı canlı orqanizmin təməlində dayanan gövdə hüceyrələri götürülüb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, genetik dəyişikliklər hüceyrədə irsiyyət adlanan informasiyanın ötürülməsi prosesinə təsir edir.
Tədqiqatın iştirakçılarından biri Kristin Dan bildirib ki, alimlərin yeni metodu genlərin mutasiyalarını “təmir” edir və müdaxilə olunduğu barədə heç bir iz buraxmır. Eksperiment çərçivəsində alimlər homoloji rekombinasiya metodu tətbiq ediblər. Bu metod genom çərçivəsində bütöv bir DNT telini “sağlam” olan digər tel üzrə təkrarlamağa imkan verib.
Dəyişdirilərək köçürülən spermatozoidlər sterilləşdirilmiş laboratoriya siçanlarının yumurtalıqlarına uyğunlaşsa da, nəsil artırmaq mümkün olmayıb.
Bu texnologiyanın böyük perspektivləri var. Alimlər hesab edirlər ki, gələcəkdə mayalanmadan əvvəl DNT-ni “təmir” etmək, bütün genetik xəstəlikləri proqnozlaşdırmaq və erkən mərhələdə müalicə etmək mümkün olacaq.
Qeyd edək ki, Çin alimlərinin bu sahədə müsbət təcrübəsi olub. Amerika mütəxəssisləri yalnız həmin tədqiqatı təkrar etməyə çalışırlar.