İQTİSADİYYAT


Amerika bankı məsləhətçi robot istifadəyə verəcək

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bazarın kapitallaşdırılması həcminə görə dünyanın ən böyük bankı - “Wells Fargo” 2017-ci ildə məsləhətçi robot istifadəyə verməyi planlaşdırır.

Bankın əməliyyat idarəsinin rəisi Tim Sloan bildirib: “Biz məsləhətçi robot hazırlamaq prosesinin qızğın çağındayıq. Çox güman, onu haradasa gələn ilin birinci yarısında istifadəyə verəcəyik”.

Qeyd edək ki, “Wells Fargo”nun xalis mənfəəti II rübdə 0,16 milyard dollar azalaraq 5.56 milyard təşkil edib, mədaxili 4 faiz artaraq 22,2 milyard dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.