DÜNYA
Amerika məktəblərinin birində baş verən silahlı insident nəticəsində iki nəfər həlak olub
Vaşinqton ştatında Sietlin şimalında yerləşən Merisvill şəhərindəki məktəblərin birində atışma qeydə alınıb. Ətrafdakılara atəş açan yeniyetmə sonra intihar edib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, şahidlər Ceylen Frayberqin məktəb yeməkxanasına girərək əvvəlcə yoldaşlarına, daha sonra isə özünə atəş açdığını bildirirlər.
Polisin məlumatına görə, cinayəti təkbaşına törədən qatilin açdığı atəş nəticəsində məktəbin şagirdlərindən biri həlak olub, daha iki oğlan və dörd qız isə yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məktəb futbol komandasının üzvü olan Ceylen Frayberqin sakit təbiəti ilə seçildiyi, eyni zamanda, köklü şimali amerikalıların “Tulalip Tribes” təşkilatının işlərində aktiv iştirak etdiyi də qeyd olunur.