İDMAN


Amerikalı Olimpiya rekordçusu peşəkar karyerasını başa vurub

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

ABŞ üzgüçüsü Maykl Felps peşəkar idmançı karyerasını başa vurduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 31 yaşlı atlet bundan sonra vaxtını ailəsinə ayırmaq və qolfla məşğul olmaq istədiyini bildirib.

Qeyd edək ki, M.Felips “Rio-2016” Olimpiya Oyunlarında beş qızıl və bir gümüş medal qazanıb.

Ardıcıl dörd Olimpiya oyunlarında 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan amerikalı idmançı turnirin tarixinə rekordçu kimi düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.