ELM VƏ TƏHSİL
Amerikalı alimlər Əlyazmalar İnstitutunda
Bakı, 16 iyun, AZƏRTAC
ABŞ-ın Kanzas Universitetinin sosioloji sahədə tədqiqat aparan alimləri Levis Mennerick və Mehrəngiz Nəcəfizadə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qonaqlar Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində gender bərabərliyi, qadın azadlığı, insan haqları məsələləri, təhsil problemləri mövzusunda araşdırmalar aparmaq məqsədilə institutun fondunda qorunan əski mətbuat nümunələri ilə tanış olublar.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktorunun müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlarla
Azərbaycan ədəbiyyatında və folklorunda qadın azadlığı, ailə münasibətləri və qadın hüquqları barədə məlumat verib.
Amerikalı alimlər onlar üçün yaradılan şəraitdən məmnun qaldıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]