ELM VƏ TƏHSİL


Amerikalı alimlər Marsda yoxa çıxan suyu axtarırlar

Bakı, 7 fevral, AZƏRTAC 

Amerikalı alimlər Marsda suyun yoxa çıxmasının səbəbini açıqlayıblar.

AZƏRTAC “runews24.ru” saytına istinadla xəbər verir ki, Marsda suyun tədricən yox olması ilə bağlı bir çox alimlər tərəfindən irəli sürülmüş nəzəriyyəni ABŞ-ın Kolorado Universitetinin ekspertləri təkzib ediblər. Onların fikrincə, “qırmızı” planetdə suyun buxarlanması daha sürətlə baş verib.

Tədqiqatçılar hesab edirlər ki, su molekulları Yerə nisbətən Marsda daha yüksəyə qalxdığı üçün asanlıqla “soyuq tələ”yə düşür. Bu zaman ultrabənövşəyi işığın təsirindən su oksigen və hidrogenə parçalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.