CƏMİYYƏT


Amerikalı alimlər insan beynində intuisiya mərkəzi aşkar ediblər

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

İnsan beyni informasiyanın real vaxt rejimində işlənməsi üçün qeyri-adi imkanlara malikdir. Bəzən müvafiq proseslər o qədər sürətlə baş verir ki, insan şüuru bunu dərk etməyə aciz olur.

Obıvatellər tərəfindən adətən “altıncı hiss” kimi izah edilən intuisiya duyğusu əslində konkret fizioloji mənşəyə malikdir. AZƏRTAC planet-today.ru saytına istinadla bildirir ki, Con Hopkins Universitetinin neyrofizioloqları və onların Massaçusets Texnoloji İnstitutundan olan həmkarları beynin intuitiv mərkəz adlandırdıqları zonasını tədqiq edərək bu qənaətə gəliblər.

Amerikalı alimlər məxsusi bu məqsədlə hazırlanmış proqram kompleksindən istifadə etməklə eksperiment aparıblar. Tədqiqatçılar eksperiment iştirakçılarını müşahidə edərkən beynin intuisiya mərkəzinə, yəni insanın hərəkətlərini planlaşdırmağa görə cavabdeh olan hissələrinə xüsusi diqqət yetiriblər.

Tədqiqatın müəllifləri deyirlər: “Hərəkətlərin planlaşdırılması intuisiya ilə sıx bağlıdır. Hətta müəyyən əşyanı tutmaq üçün əlin uzadılması kimi sadə hərəkət üçün də intuisiya zəruridir. Bu halda insan öz qüvvələrini və hərəkət istiqamətini ölçüb-biçməlidir, bu isə xeyli mürəkkəb hesablamalar aparılmasını tələb edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.