DÜNYA


Amerikalı əsgərləri öldürən hərbçiyə ömürlük həbs cəzası verilib

Əmman, 17 iyul, AZƏRTAC

İordaniya Hərbi Məhkəməsi İordaniyanın Əl-Cafr yaşayış məntəqəsindəki hərbi baza yaxınlığında silahlı hücuma dair iş üzrə ittiham olunan şəxsi ömürlük həbs cəzasına məhkum edib. Xatırladaq ki, həmin insident nəticəsində yerli qüvvələrin hazırlanması ilə məşğul olan üç amerikalı təlimatçı həlak olmuşdu.

Bildirilir ki, ötən ilin noyabrında amerikalı hərbçilərə atəş açmış hərbi qulluqçu ömürlük həbs cəzasına məhkum edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.