ELM VƏ TƏHSİL


Amerikalı professor UNEC-də şirkətlərin kapital strukturundan danışıb

Bakı, 27 may, AZƏRTAC

Tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsində iştirak edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Maliyyə böhranı və inkişaf etməkdə olan bazarlarda kapitalın strukturu” mövzusunda çıxış edən professor şirkətlərin kapital strukturundan və onları müəyyən edən əsas faktorlardan danışıb. O, şirkətlərin kapital strukturunu müəyyən edən əsas faktorların izahını verib, xüsusilə 2008-ci ildəki qlobal maliyyə böhranından sonra inkişaf etməkdə olan bazarlarda şirkətlərin strategiyalarından bəhs edib. İnkişaf etməkdə olan bazarlara misal olaraq Çin, Braziliya, Malayziya, İndoneziya və digər bu kimi daha sürətlə sənayeləşmə və inkişaf mərhələsində olan ölkələri qeyd edib.

“ISE Economic Talks” qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.