ELM VƏ TƏHSİL


Amerikalı professor fəaliyyətini UNEC-də davam etdirəcək

A+ A

Bakı, 16 fevral, AZƏRTAC

Tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar UNEC-də pedaqoji fəaliyyətə başlayıb.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, alim Beynəlxalq İqtisadiyyat Məktəbində dərs deyəcək.

Tədqiqat sahəsi əsasən FX Risk və FK risk menecmenti, beynəlxalq bazarlar, beynəlxalq bərabərlik məsələləri (ADR’s and ETF’s), risk xüsusiyyətləri və çoxmilli korporasiyalar olan B.Aybar 30 ildən artıq dünyanın bir çox universitetlərində çalışıb. 2006-cı ildən Harvard Universitetində də müəllimlik edən professor nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.

B.Aybar Azərbaycanda olduğu müddətdə ölkə iqtisadiyyatına dair maraqlı tədqiqatlar da aparmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.