ELM VƏ TƏHSİL


Amerikalı professor və təhsil ekspertləri BŞTİ-nin kollektivi ilə görüşüblər

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) ABŞ-ın Corc Vaşinqton Universitetinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşün keçirilməsinin məqsədi ümumi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi olub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Vəliyeva Azərbaycanın “ADA” Universitetinin Corc Vaşinqton Universiteti ilə əməkdaşlığı çərçivəsində paytaxt məktəblərinin fəaliyyətinə dair görüşlərin təşkilinin əhəmiyyətindən danışıb. Təhsildə yeniliyə, islahatlara geniş yer verildiyini bildirən idarə müdiri təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən, məktəb idarəetməsi, müəllim seçimi kimi məsələlərin aktuallığından danışıb. M.Vəliyeva təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacibliyini də vurğulayıb.

Görüş zamanı qonaqlar paytaxtın bir sıra ümumi təhsil müəssisələrində olduqlarını, yeni təlim üsulları əsasında qurulmuş dərsləri izlədiklərini, tədris ocaqlarında inkişaf meyillərini müşahidə etdiklərini, məktəb rəhbərləri ilə müxtəlif mövzular ətrafında müzakirələr apardıqlarını, eyni zamanda, BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

Qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında böyük əhəmiyyət daşıdığını da qeyd ediblər.

Görüşdə, həmçinin əməkdaşlıq çərçivəsində reallaşdırılan təhsil proqramları və layihələr barədə söhbət aparılıb.

Sonda ölkəmizdə həyata keçirilən təhsil siyasəti ilə bağlı suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.