CƏMİYYƏT
Amerikalı psixoloqlar valideynlərə övladlar arasında sevimli övladı seçməməyi məsləhət görürlər
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər 282 ailədəki münasibətləri təhlil ediblər. Mütəxəssislər valideynlərlə yeniyetmələr arasında qarşılıqlı münasibətləri izləyiblər. Bəzən ailə yaxınlığına nail olmaq mümkün olmayıb. Ailə münasibətlərindən ayrılan uşaqlar arasında aşağı sosial təbəqələr səviyyəsinə enmə halları 3,5 dəfə çox olub. Müəyyən edilib ki, alkoqol, narkotik və yeni əlaqələrin axtarışında yaranan çətinliklər vəziyyəti daha da gərginləşdirir.
Alimlər bildirirlər ki, işlərin həqiqi durumu uşaqla münasibətlərdə mühüm rol oynamır. Ən vacibi - ailədə baş verənləri uşağın neçə dərk etməsidir. Uşaqların bəzilərinə azacıq diqqət və tam azadlıq, bəzilərinə isə valideynlərinin daimi dəstəyi və onun yanında olmaları lazımdır.