CƏMİYYƏT


Amerikalı senatorlar ADU-nun fəaliyyəti haqqında məlumatlandırılıblar

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə ölkəmizə gələn amerikalı senatorlar Azərbaycan Dillər Universitetində (ADU) olublar.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov universitetin tarixindən, beynəlxalq əlaqələrindən danışıb. Vurğulayıb ki, ADU-nun müxtəlif ölkələrin universitetləri ilə sıx əlaqələri var və oktyabrda universitetdə keçiriləcək beynəlxalq konfransda 50-dən çox ölkədən professorların iştirakı nəzərdə tutulub.

Ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışan D.Yunusov Azərbaycan xalqının qonaqpərvər, tolerant və multikultural dəyərlərə sahib olduğunu bildirib. Qeyd edib ki, forumda müxtəlif istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunur.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Asim Mollazadə Azərbaycan və ABŞ arasında təhsil sahəsində əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. O, dünyada sülhün bərqərar olunmasında və insan haqlarının müdafiəsində ABŞ-ın rolunu xüsusi vurğulayıb.

Söhbət zamanı senatorlar bu cür görüşlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Sonra qonaqlar ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbələrlə görüşüblər. Onlar təmsil etdikləri ştatlar haqqında tələbələrə ətraflı məlumat veriblər. Müxtəlif dilləri bilməyin üstünlüklərindən danışan senatorlar tələbələrə bir neçə dil öyrənməyi tövsiyə ediblər.

Sonda amerikalı senatorlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.